how to develop free website

ADA Universiteti 

ADA 2006-cı ildə yaradılmış, Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 2014-cü ildə universitetə çevrilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən akkreditə olunmuşdur.

ADA Universitetinin əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə innovativ qlobal liderlər hazırlamaq və faydalı birgə tədqiqatı aparmaqdır.

ADA Universitetində həm Azərbaycandan, həm də dünyanın aparıcı universitetlərindən və kolleclərindən alimlər və mütəxəssislər çalışır. Onlar tələbələri auditoriya daxilində və xaricində canlı müzakirələrə cəlb etməklə və müxtəlif sahələr üzrə mükafatlandırıcı karyeralara hazırlamaqla bu stimullaşdırıcı mühitə kömək edirlər.

ADA Universiteti regional və beynəlxalq mövzularda akademik və siyasi tədqiqat aparmaq üçün mükəmməl şərait təklif edir. Universitet məhsuldar tədqiqat mühitinin inkişaf etdirilməsi və Azərbaycanda innovativ ideyalar üçün forumun stimullaşdırılmasında mühüm rol oynayır.

ADA Universitetini Azərbaycanın bir hissəsi olduğu strateji regionun xüsusi tədris mərkəzinə çevirən müxtəlif sahələrə diqqət, tədrisin innovativ modelinin tətbiq olunması, birgə tədqiqat üçün unikal bir şəraitin olması kimi xüsusi fərqlərdir.

ADA Universiteti öz qapılarını 2007-ci ildə tələbələrə açmış, 2012-ci ilin sentyabr ayında isə Bakı şəhərində "Dədə Qorqud" parkı yaxınlığında yerləşən yeni "Green and Smart" kampusuna köçmüşdür.

ADA Universiteti yeni kampusda dörd məktəb ilə fəaliyyət göstərir: İctimai və Beynəlxalq Məsələlər Məktəbi, Biznes Məktəbi, Humanitar və Elmlər Məktəbi, Mühəndislik və İnformasiya Texnologiyaları Məktəbi.